Türkiyədə “Rizespor”la oyunun sonunda hakim Halil Umut Melərə hücum edən “Ankaragücü” klubunun prezidenti Faruk Koca xəstəxanaya yerləşdirilib.
Asayis.Az xəbər verir ki, bunu Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya bəyan edib.
“O, hüquq-mühafizə orqanlarımızın nəzarəti altında xəstəxanada müalicə olunur. Müalicədən sonra saxlanma prosedurları həyata keçiriləcək. Daha bir neçə nəfər də hakimə hücum etdiyi üçün saxlanılıb”, - deyə o qeyd edib.
Qeyd edək ki, Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca ölkə çempionatında "Rizəspor"la oyundan sonra meydana qaçaraq hakim Umut Melerin sifətinə zərbələr endirib.