Deputat Aqil Abbas: “Deyəsən, sərhədlərin açılmasına kimsə möhkəm söyüş qoyub, özü də pis söyüş. Ona görə də Operativ Qərargah sərhədləri açmaqdan çəkinir, söyüş sahibi olmaq istəmir."
Uşaq vaxtı belə bir şey vardı – biri o birisinə söyəndə söyülən tez bir dəmir parçasından tutub deyirdi: "Əlim dəmirdə». Mənası o idi ki, yəni əlim dəmirdədisə söyüş mənə yox, söyənə çatır.
İndi Operativ Qərargah, bəlkə siz də əlinizi dəmirə qoyasınız, sərhədləri açasınız”.