Bakıda "Hyundai" NİVA-ya çırpıldı, xəsarət alan var - FOTO

 Bakıda

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, Elçin Mürsəlov idarə etdiyi “Hyundai” markalı maşınla yüksək sürətlə hərəkətdə olan zaman işıqforun qırmızı işıqında dayanan “Niva” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “Hyundai”-da olan bir nəfər xəsarət alıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.


10:00 - 23 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin