Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Asayis.Az-a verilən məlumata görə, bu istiqamətdə keçirilən növbəti tədbirlərlə Binəqədi rayon sakini məişət tullantıları olan qutudan tapdığı "Makarov" markalı tapançanı, ona aid daraq və 5 ədəd patronu rayon polis idarəsinin 43-cü Polis Bölməsinə təhvil verib.