Zibil qutusundan tapdığı "Makarov"u polisə təhvil verdi

 Zibil qutusundan tapdığı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyindən Asayis.Az-a verilən məlumata görə,  bu istiqamətdə keçirilən növbəti tədbirlərlə Binəqədi rayon sakini məişət tullantıları olan qutudan tapdığı "Makarov" markalı tapançanı, ona aid daraq və 5 ədəd patronu rayon polis idarəsinin 43-cü Polis Bölməsinə təhvil verib. 

18:00 - 5 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin