Bu universitetin yataqxanası BƏRPA EDİLİR

 Bu universitetin yataqxanası BƏRPA EDİLİR

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) tələbə yataqxanası yenidən bərpa olunur.

Asayis.Az xəbər verir ki, bu barədə Universitetin rektoru Gülçöhrə Məmmədova məlumat verib.

O bildirib ki, Azərbaycan əraziləri işğal olunanda yurdlarından didərgin düşən vətəndaşlar universitetin yataqxanasında məskunlaşmışdılar.

“Artıq torpaqlarımız işğaldan azad olunub. Vətəndaşlar doğma yurdlarına geri qayıdırlar. Tələbələr üçün universitetin yataqxanası yenidən bərpa olunur”, - rektor vurğulayıb.

14:15 - 5 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin