Rəşid Mahmudovdan qızılca açıqlaması - “İnsanda ömür boyu qalır və ikinci dəfə...”

 Rəşid Mahmudovdan qızılca açıqlaması - “İnsanda ömür boyu qalır və ikinci dəfə...”

Son zamanlarda qızılca xəstəliyi bütün ölkəni öz cənginə alıb. Belə ki, Səhiyyə Nazirliyi noyabr ayında verdiyi açıqlamada bəzi bölgələrdə qızılca virusuna tək-tək yoluxma hallarının müşahidə edildiyini açıqlasa da, statistikaya nəzər salsaq görərik ki, noyabrın ikinci ongünlüyündə qızılcaya yoluxanların sayı bir xeyli çoxaldı. Hətta ard-arda qızılcandan ölüm halları da müşahidə olunur.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib ki, insan ömründə cəmi bir dəfə bu xəstəliyə yoluxa bilir. O, bunun səbəbini də izah edib:

“Qızılca infeksion xəstəlikdir və insan həyatı boyu cəmi bircə dəfə ona yoluxur. Çünki bu virusun ifraz etdiyi toksinlər yüksək molekullu olduğu üçün ona qarşı yaranan immunitet də yüksək molekullu olur.

Adi xəstəliklərdə yaranan immunitet, immun cisimciyi və ya antitellərin molekullarının çəkisi 70 mindən aşağı olduğu üçün sidiklə böyrəkdən xaric olunur. Amma qızılcanın immuniteti insanda ömür boyunca qalır və heç bir şəxs ikinci dəfə qızılcaya tutula bilməz. Qızılcanın immun cisimciyinin molekul çəkisi o qədər yüksəkdir ki, heç vaxt böyrəkdən süzülüb çıxa bilmir.

Bu gün sizə güclü soyuq dəysə, ona qarşı yaranan antitellər aşağı olacaq və sidiklə xaric olacaq. Ona görə də 1 ay sonra yenidən qrip ola bilərsiniz”.

12:15 - 5 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin