Bakıda karyera üçün peşəkar təlim - FOTOLAR

 Bakıda karyera üçün peşəkar təlim - FOTOLAR

Peşəkar təlimçi Fəxri Ağayevin "Peşəkar inkişaf və karyera" mövzusunda təlimi keçirilib. Asayis.Az xəbər verir ki, "Peak Network və Edu Time"ın təşkilatçılığı ilə İdarəetmə eksperti, təlimçi Fəxri Ağayevin təqdimatında keçirilən “Peşəkar inkişaf və karyera” təlimi keçirilib. Təlimdə müasir Azərbaycanın iqtisadi reallıqlarında idarəçilik, liderlik və şəxsi effektivlik mövzusunda müzakirələr aparılıb. Təlimdə iştirakçıları "bu gün biznesdə idarəçi olaraq nəticə əldə etmək üçün bir rəhbər nələr bilməlidir?” sualı ən çox maraqlandıran suallardan olub. 
Peşəkar inkişaf haqda fikirlərində təlimçi davamlılığın və fokusun əhəmiyyəti haqda danışaraq zamanın idarə edilməsində alətlərdən daha çox enerjinin vacibliyini vurğulayıb.

11:06 - 4 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin