"Uşaqlara məcbur Hindistan və Belçika istehsalı vaksin vurulur"

"Azərbaycanda uşaqlarımıza Hindistan və Belçika istehsalı vaksinlər vurulur". 

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyilib. O, uşaqlara vurulan vaksinlərlə bağlı iddialı fikirlər səsləndirib:

"Belçika Avropadadır və orada uşaqlara vaksin vurulması məcburi deyil. Hətta 2012-ci ildə car çəkdilər ki, məcburidir, sonra nə baş verdisə sirrdir. Dedilər ki, könüllüdür, istəsəniz vurdurun, istəsəniz yox. Seçim valideynlərin ixtiyarına buraxdılar. Bizdə isə deyirlər, məcburidir, vurdurmalısınız. 

Hindistana gəlincə... Ölkəmə, balalarıma qarşı Ermənistanı silahlandıran Hindistandan niyə vaksin alıb uşağıma vurdurum? İndi kimsə deyə bilər ki, Hndistanın vaksinlərindən Avropada istifadə edilir. Amma həmin vaksinlər Niderlanddakı zavodda Avropa standartlarına uyğun istehsal edilir. Bizdə isə alternativ yoxdur. Niyə bizdə məcburi vaksinasiya hökm sürür?".

14:15 - 4 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin