Nobel Sülh Mükafatı Ukraynalı uşaqlar üçün satışa çıxarılıb.
Hərracında qaçqın ukraynalı uşaqlar üçün 103,5 milyon dollar ayrılıb.
Rusiyanın son müstəqil qəzetlərindən “Novaya Gazeta”nın redaktoru Dmitriy Muratov 2021-ci ildə aldığı Nobel Sülh Mükafatı medalını hərraca çıxarıb.
Hərracda Ukraynada müharibə nəticəsində didərgin düşmüş uşaqlar üçün 103,5 milyon dollar toplanıb.
Toplanan pul qaçqın ukraynalı uşaqlara humanitar yardıma təkan vermək üçün UNİCEF-ə göndəriləcək.