Taksi sürücüləri sərnişinləri bu yolla aldadır - Yeni dələduzluq (VİDEO)

 Taksi sürücüləri sərnişinləri bu yolla aldadır - Yeni dələduzluq (VİDEO)
Son dövlər taksi sürücüləri sərnişinlərə qarşı yeni dələduzluq üsulunu işə salıblar. 

Asayis.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilir. 

Sürücülərin bəziləri sərnişinləri tələyə salmaq üçün yeni hiylədən istifadə edirlər. Belə ki, taksi sifariş verilən zaman göstərilən məbləğ mənzil başına çatan zaman nədənsə dəyişir. 

Sürücülər məkana çatmadan gözlə düyməsini vurduğu üçün təyin olunan yerə gələrkən qiymətdə dəyişiklik olur. 

Ətraflı aztv-nin hazırladığı videomaterialda izləyə bilərsiniz:
 

 

16:00 - 3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin