"Aslan üz sindromu” - Dominikanlı ailə nadir xəstəlikdən əziyyət çəkir

Dominikanlı bir ailə nadir genetik xəstəlikdən əziyyət çəkir. Dominikan Respublikasının Jenova de San Juan adında kiçik icmasından olan bu kasıb ailənin üzvlərinin üzü şişib və üz quruluşları getdikcə dəyişir. Buna görə onları hətta yadplanetliyə də bənzədirlər. 

Asayis.Az Skynews-a istinadən xəbər verir ki, ailədə 5 uşaq böyük gözlərə, böyük almacıq sümüklərinə sahibdirlər. Burun çıxıntıları əyridir və dişləri sağlam deyil. Qəribədir ki, digər yeddi uşaqda belə vəziyyət yoxdur. Üzdəki qüsurlarla yanaşı, bacı-qardaşlar baş ağrıları, nəfəs darlığı, başgicəllənmə və bədən ağrılarından da əziyyət çəkirlər. 

Həkimlər bu cür fiziki görünüşün səbəbləri barədə dəqiq fikrə gələ bilmirlər, onlara qəti diaqnoz qoyulmayıb. Ailənin beş üzvü uşaqlıqdan bu vəziyyətdədir. İsaias deyir ki, bir anlıq yadplanetliyə çevrildiklərini sanıblar: “Biz buna inanmağa başladıq. Bəzi insanlar bizə yadplanetli dedilər. Yaxşı insanların sayəsində bu təzyiqlərin təsirindən qurtula bildik". 

Maddi imkanı zəif olan ailədə bacı-qardaşlar iş tapmaqda da çətinlik çəkirlər, çünki işəgötürənlər xarici görünüşlərinə görə onları qəbul etmək istəmir. 

“Aslan üz sindromu” olaraq adlandırılan leontiasis xəstəliyi kəllə və üzün sümüklərinin həddindən artıq böyüməsidir, nəticədə insan aslana bənzəyir. Nevroloq həkim Franley Vasquezin sözlərinə görə bu xəstəlikdən dünyada 40-a yaxın insan əziyyət çəkir: "Xəstələrin üz və kəllə sümüklərdə kalsium toplanır. Üz sümüklərinin həddindən çox böyüməsi sinirlərə güclü təzyiq göstərərək korluğa, eşitmə pozğunluğuna, əqli qüsurlara və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Təəssüf ki, bu xəstəliyin müalicəsi yoxdur. Müalicə yalnız simptomları yaxşılaşdırmaq məqsədi daşıyır. Yeganə həll yolu genişlənmiş sümüyün kəsilməsi və ya mümkünsə tamamilə çıxarılması ola bilər”.

14:00 - 2 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin