Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var

 Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var

"Azərsu-dan mənə bildirildi ki, AMEA-nın tabeliyindən çıxan Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var".

Asayis.Az
 xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiyanın Noyabrın 28-də keçirilmiş ümumi yığıncağında deyib.

Akademik onların tabeliyindən çıxan qurumların borcu üçün AMEA-ya məlumat verilməməsini istəyib.

Qeyd edək ki, Mərkəzi Nəbatət Bağı Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

10:30 - 1 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin