"Azərsu-dan mənə bildirildi ki, AMEA-nın tabeliyindən çıxan Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var".
Asayis.Az xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiyanın Noyabrın 28-də keçirilmiş ümumi yığıncağında deyib.
Akademik onların tabeliyindən çıxan qurumların borcu üçün AMEA-ya məlumat verilməməsini istəyib.
Qeyd edək ki, Mərkəzi Nəbatət Bağı Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.