Aparıcı Afaq Gəncəli uzun fasilədən sonra efirə qayıdır.
Axşam.az xəbər verir ki, o, “Şourum” maqazin verilişinin çəkilişlərinə başlayıb. Bunun üçün Afaq falçı obrazını canlandırıb.
Onun çəkiliş zamanı lentə alınan fotoları sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, “Şourum” 2 ilə yaxındır yayımlanmır. Afaq “Xəzər TV”də səhər verilişinə aparıcılıq edirdi. O, ötən ilin martında səhhətində yaranan problemə görə efirdən uzaqlaşıb.