“Valideyn də yəqin buna görə məktəb rəhbərliyindən nəsə umub” - AÇIQLAMA

 “Valideyn də yəqin buna görə məktəb rəhbərliyindən nəsə umub” - AÇIQLAMA

əbər verdiyimiz kimi Sabunçu rayonu Ramana qəsəbəsi 90 nömrəli tam orta məktəbdə baş verən insidentlə bağlı zərərçəkmiş şagirdin valideyninin polisə şikayət etməsindən sonra məsələ ictimailəşib. Hadisənin üzərindən 20 gün keçəndən sonra ictimailəşdirilməsi də suallar doğurur.  

Asayis.Az xəbər verir ki, təhsil eksperti Elşən Qafarov açıqlamasında məsələyə münasibət bildirib:

“İlk növbədə fikir versək, görürük ki, məsələ şagird sağalandan sonra ictimailəşdirilib. Məlumata görə tədbir zamanı akt zalında uşaqlar bir-birini itələyib, nəticədə bədbəxt hadisə baş verib. Məktəb rəhbərliyi məsələnin böyüməməsini istəyib, çünki məktəbin adına xələl gələ bilər. Valideyn də yəqin buna gör məktəb rəhbərliyindən nəsə umub. Nəticə etibarilə, uşaq sağaldıqdan sonra rəhbərlik valideynin istəyini reallaşdıra bilməyib, valideyn də bunu ictimailəşdirib. Hər bir halda xoşagəlməz hadisədir. Məktəb rəhbəri bilməlidir ki, o, dövlət təhsil müəssisəsinə təyin olunmuş məsul şəxsdir. Məktəblərin fəaliyyətinə təhsil idarəetmə orqanları nəzarət edir. Baş verən istənilən hadisə ilə bağlı bu orqanlar məlumatlandırılmalıdır. Yəqin ki, sözügedən hadisə ilə bağlı məlumat verilməyib.



İkinci mənfi halsa odur ki, valideynlər belə vəziyyətlərdən sui-istifadə edərək məktəb rəhbərlərini şantaj edirlər, onlardan nəsə tələb edirlər. Düzdür, bilmirik belə hal olub-olmayıb, lakin istənilən halda məsələnin günlər sonra ictimailəşdirilməsi bu məqamlardan xəbər verir. Vəziyyət ətraflı araşdırılandan sonra həqiqət üzə çıxacaq”.

Qeyd edək ki, Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 90 nömrəli tam orta məktəbdə Zəfər Günü ilə bağlı keçirilən tədbirdə şagirdlərdən biri xəsarət alıb. Valideynin sözlərinə görə akt zalındakı sıxlıqda şagirdlər bir-biri ilə toqquşub və ikinci sinifdə oxuyan məktəbli qız üz nahiyəsindən güclü zərbə alıb.

Demokrat.az

10:45 - 29 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin