"Azərbaycan Dəmir Yolları"nın 2 şirkəti ləğv olunur

"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus “Təsərrüfat İdarəsi” və “Lokomotiv Servis” MMC-lər ləğv olunur.

Asayis.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Təsərrüfat İdarəsi” 1996-cı ildə, “Lokomotiv Servis” 2021-ci ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 100 manat və 200 manatdır.

13:15 - 28 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin