Bakıda bu evlər bahalaşdı - VİDEO

 Bakıda bu evlər bahalaşdı - VİDEO

Son günlər paytaxt Bakı ərazisində yerləşən fərdi yaşayış evlərinin qiymətində 3-7 min manat artım müşahidə olunur.

Əmlak ekspertlərinin sözlərinə görə, fərdi yaşayış evlərinin qiymətində müşahidə olunan artım bu ilin oktyabr ayının 1-də qanuna edilmiş dəyişikliklə əlaqəlidir. Qanuna görə çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Bu səbəbdən də hazırda çıxarışı olmasa belə, kommunikasiya xətləri mövcud olan ev və torpaq sahələrinin qiyməti artıb.

Xezerxeber.az-ın məlumatına görə, rieltor Mülkədar Rüstəmov bildirib ki, son vaxtlar çıxarış almaq üçün uyğun olmayan torpaq sahələrini müştərilərə müxtəlif yollarla təklif edən şəxslər də var. Müştəri torpaq sahəsini aldıqdan sonra isə çıxarış alması mümkün olmur. Buna səbəb isə həmin torpaq sahələrinin tikinti üçün nəzərdə tutulmayan ərazidə yerləşməsidir.

Mülkdar Rüstəmov əlavə edib ki, qanuna edilmiş müvafiq dəyişiklikdən sonra fərdi evlərlə yanaşı, çıxarışı olan mənzillərin də qiymətində artım müşahidə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

 

11:00 - 28 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin