Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Asayis.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş “Unibank” ASC-nin məhkəməyə göndərdiyi vəsatət elan edilib.
Vəsatədə qeyd olunub ki, bank tərəfindən 16 min manat, 20 min 100 dolların onlara qaytarılması istənilib.
Hakim deyib ki, məhkəmə bu cəsarəti qəbul edə bilməz, tərəf bununla bağlı mülki iddia qaldırmalıdır.
Bu səbəbdən vəsatət hazırkı mərhələdə baxılmamış saxlanılıb.
Təqsirləndirilən Azər Məmmədovun vəkili Pərviz Məmmədov təqsirləndirilən Dəyanət Qüdrətovun ibtidai istintaq zamanı verdiyi ifadəsini sübutlar siyahısından çıxarılmasını istəyib.
Bildirib ki, Dəyanət Qüdrətov məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini deyib, bu səbəbdən həmin ifadə sübut kimi sayıla bilməz.
Hakim deyib ki, məhkəmə bununla bağlı qərar qəbul edib, həmin qərar araşdırılması üçün Baş prokurora göndərilib.
Hakim deyib ki, prokurorluq araşdırma aparacaq, araşdırmaların nəticəsindən sonra bu məsələyə münasibət bildirilə bilər. Bu səbəbdən məhkəmə cəsarəti baxılmamış saxlanılıb.
Daha sonra ifadə verən təqsirləndirilən İbrahim İbrahimov deyib ki, Goranboy rayonunun Səfikürd kəndində yerləşən tam orta məktəbdə təhsil aldığı ilk siniflərdən onda kişi cinsinə qarşi həvəs, maraq yaranmağa başlayıb:
"2016-cı il tarixdə Bakı şəhərinə gələndən sonra isə tanışliq saytlarından özümə oğlan dostlar tapmağa başladım, onlarla qeyri-tabii yola cinsi əlaqədə oldum, ehtirasımı söndürdüm".
Təqsirləndirlilən şəxs deyib ki, 2019-cu ildə hərbi komissarlığa çağırılıb, həmin vaxt valideynləri onun cinsi azlıq olduğunu biliblər.
Təqsirləndirlilən şəxsin sözlərinə görə, valideynləri onun cinsi azlıq olduğunu biləndən sonra ondan imtina ediblər, bir daha evə gəlməməsini tapşırıblar:
"Yenidən Bakı şəhərinə köçdüm. Valideynlərimin maddi dəstəyi olmadığına görə dolanmaqda çətinlik çəkdiyim üçün cinsi azlıqların tanışlıq səhifəsi olan "Hornet" internet şəbəkəsi vasitəsilə tanımadığım müxtəlif kişilərlə çox vaxt avtomobildə, müştərilərin evlərində pul qarşılığında görüşməyə başlamışam.
Daha sonra özümə otaq yoldaşı axtardığıma görə cinsi azlıqların "İnstagram"dakı səhifəsi olan "LGBT" səhifəsində elan paylaşdım. Mən əvvəllər tanımadığım Ruhlan Ismayılov yazdı. Ruhlan birlikdə evdə qalmağa razı olduğunu, lakin evin onun iş yerinə yaxın olmasını istədiyini bildirdi. Həmin vaxtlar Ruhlan İsmayılov Qala qəsəbəsində yerləşən "Grand AQRO" zeytun bağlarında traktorçu işləyirdi. Bundan sonra Zığ qəsəbəsində yerləşən evi tapdım. 2019-cu ilin sonunda Ruhlan Ismayılovla həmin evə köçərək, orada birlikdə yaşamağa başladıq. Ruhlan mənə cinsi əlaqədə ancaq aktiv kimi ola bildiyini dedi. 2-3 aydan bir onunla cinsi əlaqədə olmuşam".
Təqsirləndirilən şəxs deyib ki, evin 200 manat kirayə pulunun 150 manatını Ruhlan, qalan 50 manatını isə o verib:
"Digər xərclərinin də çox hissəsini Ruhlan həll efib. Texminən 1 ildən sonra Ruhlan traktorçu kimi işdən çıxdı və "volt" şirkətində kuryer işlədi. Daha sonra isə 3-cü mikrorayon bazarının yanında Azər adlı tanışı ilə birlikdə motosiklet təmiri ilə məşğul olmağa başladı".
İbrahim İbrahimov deyib ki, təxminən "Bravo"dalkı basqından 4-5 ay əvvəl Ruhlan özünə "Opel Astra" markalı avtomobil alıb və taksi kimi işlaməyə başlayıb:
"Lakin 2-3 ay sonra avtomobilin tez-tez xarab olduğunu, sarf etmədiyini defi, taksi fəaliyyətini də dayandırdı".
Təqsirləndirlilən şəxs bildirib ki, Ruhlan İsmayılovla birlikdə 3 il yaşayıblar.
Onun sözlərinə görə, Ruhlan İsmayılov sələmə pul götürüb, həmin pulun, iki-üç ayını ödəyib, sonradan isə ödəyə bilməyib:
"Həmin vaxt Ruhlanln borcu 10 min manata yaxın borcu yaranıb. İş görmək istəyirdi ki, borclarını ödəsin. Ruhlan bildirdi ki, ya özümü öldürəcəm, ya da bir iş görəcəm. Bundan sonra Ruhlan basqın planları qurdu. İlk əvvəl Turqutla birlikdə Qala qəsəbəsində "Kapitalbank"a basqın etməyi planlaşdırdı. Amma həmin plan baş tutmadı. Bundan sonra Ruhlan İsmayılov Dəyanət Qüdərovla tanış oldu. Onlar hər gün Azərin maşınına minib gedirdilər. Hara gedirdilər, dəqiq bilmirdim. Amma nəsə basqın planları var idi. Buna görə də Ruhlangil silah da almışdılar. "Bravo"da olan basqın günü Ruhlan evdən çantanı götürdü, amma həmin çantada silah olduğunu görmədim. Ruhlan Dəyanətlə birlikdə Azərin maşına minərək getdilər".
Növbəti proses dekabrın 5-da davam edəcək.
İttihama görə, bu ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə və öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.
Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.
Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.