Bakı Ağır Cinayətlər Məhkəməsi köçürülür

 Bakı Ağır Cinayətlər Məhkəməsi köçürülür

Bakı Ağır Cinayətlər Məhkəməsi üçün yeni inzibati binanın inşası üçün tikinti işlərinə başlanılacaq.

Asayis.Az-ın məlumatına görə, bununla bağlı müvafiq qərar qəbul edilib.

Artıq Ədliyyə Nazirliyi bununla bağlı tender də elan edib və tikinti işlərini həyata keçirəcək şirkət axtarışındadır.

Yeni inzibati binanın harada yerləşəcəyi açıqlanmayıb.

Tikinti işləri başa çatdıqdan sonra məhkəmə yeni inzibati binaya köçürülüəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırkı inzibati binası paytaxtın Səməd Vurğun küçəsi 30 ünvanında yerləşir.

 

 

 

İqtisadiyyat.az

14:00 - 23 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin