Məhkəmə Ülvi və Sevinclə bağlı həbs qərarı verdi

 Məhkəmə Ülvi və Sevinclə bağlı həbs qərarı verdi

"Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) məhkəməyə çıxarılıb.

Asayis.Az xəbər verir ki, qaçaqmalçılıqda ittiham olunan təqsirləndirilənlər barəsində qətimkan tədbiri seçiləcək.

Təqdimata Xətai Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, Ü.Həsənli və S.Vaqifqızı Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onların evində və saytın ofisində axtarış keçirilib. Axtarış zamanı ofisdən 40 min avro pul aşkar edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

***

Məhkəmənin qərarı ilə Ülvi Həsənli barəsində 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo”

10:00 - 23 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin