Yol polisi bu küçədə dayanan bütün maşınlara cərimə yazır - VİDEO

 Yol polisi bu küçədə dayanan bütün maşınlara cərimə yazır - VİDEO
Paytaxtın Həsən Salmani küçəsində yol polisi tərəfindən sürücülərə əsassız olaraq cərimələr yazıldığı iddia edilir.

Bu barədə “Yeni Sabah”a ərazidə yaşayan sakinlər məlumat verib. Onların sözlərinə görə, küçənin başında  dayanma durma və parklanmanı qadağan edən nişan qoyulsa da, bu nişanlar yolayrıcılarında təkrarlanmayıb və nişanı görməyən sürücülər buna görə haqsız yerə cərimə olunurlar.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sözügedən məsələdə sürücülər tamamilə haqlıdır:

“Görüntülərə mən də baxdım. Bu məsələdə vətəndaş tamamilə haqlıdır, çünki belə çıxır ki, nişanın təsir zonasına düşməyən ərazilərdə cərimə yazırlar. Bunu vaxtilə yol polisi əməkdaşları, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları da edirdilər. Onlar bildirirdilər ki, bu nişan küçənin başında varsa, bütün küçəyə aid olur, amma bu məsələlər qanunla həll olunur, kiminsə fərziyyəsi, təxəyyülü, sözü ilə həll olunmur. 

Qanun deyir ki, nişan təkrarlanmalıdır. Yol ayrıcı, kəsişmə, birləşmə olarsa, mütləq nişan təkrarlanmalıdır. 

Ara yoldan çıxan sürücü haradan bilsin ki, küçənin başında dayanma-durmanı qadağan edən nişan var? Ona görə də bu məsələlər mütləq ciddi şəkildə araşdırılmalı və belə neqativ hallar aradan qaldırılmalıdır.

Sürücünün şikayəti tamamilə əsaslıdır. Deyilən nöqtədə parkinqə görə qayda pozuntusu adlı cərimənin yazılması düzgün deyil”.
 

 

16:00 - 22 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin