“Yeni güzəşt turizm sektorunda canlanma yaradacaq” - İqtisadçı

 “Yeni güzəşt turizm sektorunda canlanma yaradacaq” - İqtisadçı

Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklə, gələn ildən Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75% azaldılacaq.

Asayis.Az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, turizm sektoru Azərbaycanda prioritet istiqamətlərdən biri kimi qəbul edilir və bunun inkişafı ilə bağlı müxtəlif hüquqi sənədlər qəbul olunur, dövlət proqramı çərçivəsində ciddi tədbirlər nəzərdə tutulub:

“Bununla belə, bölgələrdə turizmin inkişafı üçün əlavə işlərin görülməsinə ehtiyac var. Bu baxımdan 3 il müddətinə regionlarda hotel və sanatoriyaların əmlak vergisinin 75% azaldılması turizm sektorunun inkişafına müəyyən qədər töhfə verəcək. Düzdür, bu güzəştlə bütün problemlərin həllini tapmasını gözləmək olmaz, amma ən azından yeni turizm subyektlərinin yaranmasına və mövcud olanların fəaliyyətinin daha səmərəli təşkilinə təkan verəcək”.

14:45 - 22 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin