Bakıda polis maşını qəzaya uğrayıb, xəsarət alan var

 Bakıda polis maşını qəzaya uğrayıb, xəsarət alan var

Bakıda polis maşını qəzaya uğrayıb.

Hadisə Xəzər rayonunda qeydə alınıb. 24 yaşlı Məmmədov Emin Allahverən oğlunun idarə etdiyi “Niva” markalı avtomobil hərəkətdə olarkən ərazidə xidmət göstərən 99-YP-241 dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobili ilə toqquşub. Hadisə zamanı “Niva”nın sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

01:15 - 15 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin