Sabunçu Rayon Məhkəməsində hüquqşünas Abdulla Əfəndizadə ilə Vəkillərin İntizam Komissiyasımın sədri Cavid Alıyev arasında məhkəmə çəkişməsi sona çatıb.
Asayis.Az xəbər verir ki, vəkil Cavid Alıyev hüquqşünas Abdulla Əfəndizadənin 25 avqust 2023-də ildə özünün facebook səhifəsində paylaşdığı “Ehtiyatlı olun! Saxtakarlıq!” məzmunlu statusunda yer alan fikirlərini onun mənafeyinə toxunduğu iddia edib və məhkəməyə üz tutub.
Məhkəmə araşdırmaları zamanı həmin məlumatların həqiqətə uyğun olmadığı üzə çıxıb və Abdulla Əfəndizadə həmin məlumatı təkzib edib.
Abdulla Əfəndizadə Musavat.com-a açıqlamasında həmin statusu sildiyini və fikirlərinə görə vəkil Cavid Alıyevə üzrxahlıq etdiyini bildirib: “Araşdırdım, məlum oldu ki, həmin fikirlərin əsaslandığı məlumatlar səhv olub və mən stasusu sildim. Cavid Alıyevə üzrxahlıq edirəm”.