“İnsanları qeydiyyatdan çıxarmaqla cəmiyyətdə gərginlik yaradırıq” - Deputat

 “İnsanları qeydiyyatdan çıxarmaqla cəmiyyətdə gərginlik yaradırıq” - Deputat

"Bu yaxınlarda polis bölmələrinə qeydiyyata düşənləri qeydiyyatdan çıxardılar. Həmin şəxslərin arasında Qərbi azərbaycanlılar və başqaları var. İnsanları qeydiyyatdan çıxarmaqla cəmiyyətdə gərginlik yaratmış oluruq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Əziz Ələkbərov Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

“Bununla da onlar həm işə düzəlmə, həm də dövlətin digər sosial güzəştlərindən istifadə imkanlarını itiriblər. Bu sahədə çoxlu müraciətlər olur. Hesab edirəm ki, bu məsələyə diqqət yetirmək lazımdır. Sənədsiz evlərə çıxarışlar verilməklə məsələni həll etmək olar”, - deyə deputat qeyd edib.

15:24 - 17 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin