"Bakı-Xəbər" qəzetinin əməkdaşı barədə ŞOK İDDİA

"Bakı-Xəbər" qəzetinin əməkdaşı Mehman İsmayılov barədə iddia yayılıb.

Jurnalist Samir Feyruzov feysbuk hesabında yazıb ki, M.İsmayılov əcnəbi vətəndaşın miqrasiya sənədlərini düzəldəcəyini vəd edərək ondan 5100 manat pul alıb, lakin sənədi düzəltməyib, indi də pulu qaytarmır:

"Bakı-Xəbər" qəzetinin (bakıxəbər tv) əməkdaşı, özünü "politoloq" adlandıran bu adam əcnəbi vətəndaşın miqrasiya sənədlərini düzəldəcəyini vəd edərək ondan 5100 manat pul alıb. Sənədi düzəltməyib və indi də pulu qaytarmır. Əcnəbi vətəndaşın şikayəti əsasında bu adama zəng etdim, hər şeyi etiraf etdi və pulu qaytarmaq üçün bir gün vaxt istədi. Dünən qaytarmalı idi. Bu gün isə əcnəbi vətəndaşı şantaj edir, deyir ki, əgər məndən pul istəsən, səni sərhəddən keçməyə qoymayacam”.



Məsələ ilə bağlı M.İsmayılovla əlaqə saxladıq. O, Demokrat.az-a açıqlamasında barəsindəki iddiaları təkzib etdi:

“Bu mənə qarşı olan şantaj və təhdiddir. Bununla bağlı dünən 102-ə zəng etmişəm, 25-ci polis bölməsinə şikayət etmişəm. Bu gün də daxili işlər naziri cənab Vilayət Eyvazova və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə teleqramla müraciət etmişəm. Mənə qarşı qurulmuş bir oyundur.

Bu, İranı kəskin tənqid etdiyimə görə mənə qarşı hücumdur”.
 

12:36 - 17 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin