Ermənistanda 2023-cü ilin ilk 10 ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3934 fakt qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2303 fakt çoxdur.
Asayis.Az xəbər verir ki, bu barədə Ermənistanın daxili işlər naziri Vahe Qazaryan bildirib.
O əlavə edib ki, bu ilin yanvar-oktyabr ayları ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2 118 faktın üstü açılıb, halbuki 2022-ci ilin eyni dövründə bu rəqəm 572 olub.
Bu yaxınlarda Kotayk rayonunda narkotik istehsalı laboratoriyasının aşkar edildiyini xatırladan nazir bu işlə bağlı 5 nəfərin həbs edildiyini bildirib.//Report