İtaliya şirkətləri Azərbaycanın dəmiryol layihələrində iştirak edə bilər

 İtaliya şirkətləri Azərbaycanın dəmiryol layihələrində iştirak edə bilər

Azərbaycanda həyata keçirilən dəmiryol layihələrində İtaliya şirkətlərinin iştirak imkanları müzakirə edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

Belə ki, ADY sədri Rövşən Rüstəmovla İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə “ITALRAIL” konsorsiumuna daxil olan şirkətlərin dəmiryol nəqliyyatı ilə bağlı istehsal etdiyi müxtəlif texnika və sistemlər barədə geniş təqdimat keçirilib.

15:36 - 16 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin