“Gənclik”də gücləndirilmiş iş rejimi tətbiq olunacaq

 “Gənclik”də gücləndirilmiş iş rejimi tətbiq olunacaq

Noyabrın 16-da Azərbaycan milli futbol komandasının AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bu barədə Asayis.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

“Qatarların hərəkəti iş günü ərzində adi iş rejiminə uyğun tənzimlənəcək. Bununla belə, gün ərzində nəzarət mexanizmləri tətbiq olunacaq, xüsusən metro istifadəçilərinin oyun başa çatdıqdan sonra təhükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanmaqla, zərurət yarandığı təqdirdə xəttə buraxılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri diqqətdə saxlanılacaq”, - məlumatda qeyd olunub.

14:12 - 16 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin