Ən varlı deputatlardan olan Sabir Rüstəmxanlı imkansızlıqdan şikayətləndi

 Ən varlı deputatlardan olan Sabir Rüstəmxanlı imkansızlıqdan şikayətləndi

Mən təxminən otuz ildir ki, bizim pansionatda qalıram, iki otaqlı mənzilim var.

Asayis.Az
 xəbər verir ki, bunu Milli Məclisin noyabrın 15-də keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində deputat Sabir Rüstəmxanlı deyib.

Sabir Rüstəmxanlı bütün yazı-pozu işlərinin ora ilə bağlı olduğunu söyləyib: “Sakit bir yerdir. Amma orda biznesmen kimi qalıram. Başa düşmürəm, mən biznesmenəm? Hətta hökumət işçiləri orada güzəştli şəkildə qalır, amma onlardan aşağı maaş alan millət vəkili, yəni mən belə qala bilmirəm. Mən məcburam orda qalam, başqa imkan yoxdur. Amma mən orda biznesmen kimi qalıram. Məndən biznes uçotu ilə, biznes müqavilələri ilə illik pul alırlar. Bu, harada görülüb? Nəyə görə belə olmalıdır? Nazirlər Kabinetinin işçiləri, başqa strukturların işçiləri normal qiymətlə qalırlar, bizdən isə iki-üç dəfə artıq pul tələb edirlər. Mən buna millət vəkilinin statusunun aşağı salınması kimi baxıram. Milli Məclisin statusu aşağı salına bilməz. Bu, Azərbaycanın dövlət müstəqilliyində xüsusi xidməti olan bir orqandır. Millət vəkilləri də ən ağır yükü daşıyır. Millətlə üz-üzə, camaatın şikayətlərini qəbul edir. Gərgin, əsəbi... Bu otuz ildə nələr çəkmişik, hamı bilir”. (Apa)

10:24 - 16 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin