Tikinti şirkəti ilə icra başçısının əlbir fəaliyyəti - Vətəndaşın mülkü darmadağın edildi (VİDEO)

 Tikinti şirkəti ilə icra başçısının əlbir fəaliyyəti - Vətəndaşın mülkü darmadağın edildi (VİDEO)
Bakı şəhəri Sabunçu Rayonu “Bakıxanov” qəsəbəsi Aşıq Alı küçəsi 14-a, mənzil 5 -də yaşayan Baxışov Naxış Xudaverdi oğlu Azinforum.az İnformasiya Portalına ünvanladığı şikayətdə bildirib ki, “Memarlıq Şəhərciyi 2021 MMC” sözügedən ərazidə çoxmərtəbəli bina tikmək istədiyi üçün, sakinlərə zülm edir. 

Şikayətçinin sözlərinə görə, sözügedən şirkətin Elnur Mustafayev adlı rəhbəri Sabunçu rayonunun icra başçısı Adil Vəliyevlə əlbir olub heç bir məhkəmə qərarı təqdim etmədən , onun yaşadığı evi və həyətini amansızcasına söküblər. 

Azinforum.az çox böyük kobudluqla həyata keçirilən və vətəndaşa külli miadarda ziyan vurmaqla nəticələn söküntü prosesi ilə bağlı videokadrları təqdim edir. Reportajda adları çəkilən şəxslərin də mövqeyini verməyə hazırıq.
 

 

17:12 - 15 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin