Binə qəsəbəsində uzun müddətdir küçədə gecələyən ailə ev ilə təmin olunub.
Bu barədə Baku TV-nin “Arzunun vaxtı” verilişində məlumat verilib.
Belə ki, ailənin küçədə yaşaması barədə Baku TV-nin qaynar xəttinə məlumat veriblər.
Məlumat daxil olan kimi əməkdaşlar ailənin axtarışına çıxıb və onların qaldığı yerə baş çəkiblər.
Məlum olub ki, 4 uşaqlı 6 nəfərdən ibarət ailə sentyabr ayından indiyə qədər antisanitar şəraitdə olan ərazidə yaşayır. Əslən Cəlilabaddan olan ailə əvvəllər Rusiyada yaşayıb.
Deportasiya olunduqdan sonra isə küçədə yaşamaq məcburiyyətində qalıblar. Baku TV-nin çəkilişi zamanı bir nəfər xeyirxah şəxs həmin ailəyə dəstək olmağı öz öhdəsinə götürüb və onları ev ilə təmin edib.
Daha ətraflı “Arzunun vaxtı” verilişində: