Cəriməsini ödəməyənlərin pensiyasından tutulacaq - XƏBƏRDARLIQ

 Cəriməsini ödəməyənlərin pensiyasından tutulacaq - XƏBƏRDARLIQ

akı şəhərində piyadalar tərəfindən 17 mindən artıq qayda pozuntusu qeydə alınıb.

Demokrat.az
 xəbər verir ki, bunu "oxu.az"a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.

O qeyd edib ki, qayda pozuntularının cərimələri hələ də ödənilməyib:

"Bu da təbii ki, təsir mexanizmləri ilə bağlı olan məsələlərdir. Həmin 17 mindən çox cəriməsi olan şəxslərlə bağlı artıq müvafiq orqanlara müraciət edilib. Onlar məsuliyyətsizliyə davam etsələr, müxtəlif çətinliklərlə üzləşəcəklər. Misal olaraq, ölkədən çıxış zamanı müəyyən məhdudiyyətlərlə üzləşə bilərlər.

Cəriməsi olan vətəndaşlardan xahiş edirik ki, cərimələrini vaxtında ödəsinlər. Əvvəla, piyada qismində həyatlarını təhlükəyə atmasınlar, ikincisi isə törətdikləri pozuntuya görə tərtib olunan cərimələri ödəsinlər ki, əlavə məsuliyyət formalaşmasın. Əks hallarda cərimələri ödəməkdən boyun qaçıran piyadalarla bağlı məcburi tədbirlər görülməsi üçün icra və probasiya şöbələrinə məlumatlar göndərilir. İcra şöbələri həmin vətəndaşlara borcu ödəmək üçün 10 gün vaxt verirlər. Ödəməsələr, artıq məcburi icra tədbirləri görülür. Nəticədə cərimələrin ödənməsi vətəndaşın pensiya, əməkhaqqı və digər formada bank kartına yönləndirilir”.

18:00 - 14 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin