Tbilisi Şəhər Məhkəməsi İŞİD terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən və bir sıra qanunsuz fəaliyyətlərdə ittiham olunaraq saxlanılan Azərbaycan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçib.
APA xəbər verir ki, məlumatı “Mtavari Arxi” telekanalı yayıb.
Bildirilib ki, məhkəmə saxlanılan hər iki əcnəbinin digər cinayət əməlləri törətməsi, istintaqın gedişinə mane olması təhlükəsini nəzərə alaraq onların barəsində həbs qətimkan tədbiri seçib.