Xəzər dənizində iki balıqçı itkin düşüb - VİDEO

 Xəzər dənizində iki balıqçı itkin düşüb - VİDEO
Xəzər dənizində iki balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində iki nəfər balıqçının itkin düşməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar - 1954-cü il təvəllüdlü Vidadi Əli oğlu Cəfərov və 1977-ci il təvəllüdlü Elvin Nəcəfqulu oğlu Həsənovun axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 

15:12 - 13 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin