Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində iki nəfər balıqçının itkin düşməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub.
Hazırda vətəndaşlar - 1954-cü il təvəllüdlü Vidadi Əli oğlu Cəfərov və 1977-ci il təvəllüdlü Elvin Nəcəfqulu oğlu Həsənovun axtarış-xilasetmə tədbirləri davam etdirilir.