"Heç vaxt plansız iş görmərəm. Lap ani bir görüş olsun, tez deyirəm ki, bunu eləmək lazımdır, onu yox. Əgər mən o sözü deyirəmsə, deməli məhz ona ünvanlayıram ki, bir az özünü yığışdır. Sən tək deyilsən, tək yaranmamısan. Başqaları da var, sən ziyan verirsən. Vəziyyətdən istifadə edib kiminsə evini yıxırsan. Bu, nədərəcədə düzdür? Özü də bu, sənətkarlar arasında həddindən artıq çoxdur".
Asayis.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Gündən-günə" proqramında qonaq olarkən deyib. O, sənətkarlar arasında yaşanana söz-söhbətlərə toxunub:
"Deməyəcəyəm hansı məclisdir, amma o sənətkardır, indi də, yaşayır. Təsvvür edin ki, ali məclisin iclası gedir, o isə başını söykəyib sözü keçən adam deyir ki, Əkbər Əlizadə heç nəyə yarayan adam deyil, bilmirəm ona niyə Prezident mükafatı verirlər. Afaq isə ümumiyyətlə təsadüfi bir adamdır.
İncəsənət xadimlərini söz tez tutur. Arxanca yalan danışan, imzasız məktublar yazan, bu cür şeylər var səntəkarın həyatında. Sənətkarlarda ömür qısadır. Onun qazancı nədir? Özünü qurban verir, xəstəliklər qazanır, bədən üzvlərinin 99 faizi itiri, amma buna baxmayaraq bir dəstə gülə, alqışlara sevimir. Ondan da onu məhrum etmək istəyirsən. Bu nə dərəcədə düzgündür. Bu nə dərəcədə sənin insanlığına, mənliyinə, milliyyətinə yaraşır? Olmaz axı. İndi insan çoxdur, insanlıq azdır".