"Onkoloji xəstəliyi kəskinləşib" - Gülbaharın həkimi

Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülbahar Şükürlünün səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, xərçəngdən əziyyət çəkən qarmon ifaçısı ilə bağlı "Elgizlə izlə" proqramında məlumat verilib. Musiqiçinin həkimi bildirib ki,
G.Şükürlü hazırda reanimasiyadadır. Onun səhhətinin ağır olduğu, həkim nəzarətində saxlanıldığı əlavə edilib. 

"Onun həm bəd, həm də xoşxassəli törəməsi var. Bir neçə ildir ki, Gülbahar xanım kimyaterapiya alır. Bir neçə gün əvvəl pisləşdiyi üçün xəstəxanaya gətirildi. Koma vəziyyətində idi, durumdan çıxarda bildik. Onkoloji xəstəliyi kəskinləşib. Hazırda huşu yerindədir, danışa, reaksiya verə bilir" deyə, həkim Zaur Ramixanov bildirib. 

Qeyd edək ki, beynində şiş aşkarlanan G.Şükürlü bir neçə il əvvəl əməmliyyat olunmuşdu. Bu yaxınlarda isə onun beynində yenidən törəmə aşkarlandığı bildirilib.

16:24 - 3 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin