Elektron reseptlər hazırdır, bir neçə xəstəxanada tədbiqinə başlanılıb

 Elektron reseptlər hazırdır, bir neçə xəstəxanada tədbiqinə başlanılıb

"Artıq elektron resept hazırdır, pilot şəklində bir neçə xəstəxanada və ambulator tipli məntəqələrdə tədbiqinə başlanılıb".

Asayis.Az 
xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, gələn ilin yanvar ayının 1-dən elektron resept bütün ölkə ərazisində tədbiq olunacaq:

"Bununla bağlı bu ilin dekabr ayında geniş tədbir keçiriləcək. Orada istər tibb işçiləri, istər vətəndaş, istərsə də əczaçılar üçün faydası izah olunacaq".

10:48 - 3 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin