Nazirlik iş və istirahət günləri barədə məlumat yayıb - RƏSMİ

 Nazirlik iş və istirahət günləri barədə məlumat yayıb - RƏSMİ

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır.

Bu barədə Asayis.Az-a  Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub.

12:12 - 2 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin