Novxanı qəsəbəsində dəniz sahilində yerləşən “Ləman” istirahət mərkəzində 2 nəfər bıçaqlanıb.
Məlumata görə, hadisə ötən gecə saat 01 radələrində baş verib. İstirahət mərkəzində baş vermiş dava-dalaş zamanı bıçaqlanan 1990-cı il təvəllüdlü Namid Əliyev və 1992-ci ildə anadan olmuş Həmid Abulov xəstəxanaya çatdırılıblar.
İlkin araşdırmalar zamanı hadisənin orada istirahətə gələn şəxslərdən birinin yanındakı xanıma görə yaranmış qısqanclıq səbəbindən baş verməsi məlum olub. Dava-dalaşda iştirak edən və 2 nəfəri bıçaqlayan Sədulla Sərdari və Ramiz Yarəliyev tutulub.
Onların barəsində cinayət işi açılıb.
Hazırda faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.