Bakıda avtobusla minim maşını toqquşdu

 Bakıda avtobusla minim maşını toqquşdu

 Hava limanı-Mərdəkan yolunda “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb. 

10 TG 103 Dövlət Qeydiyyat Nişanlı avtobus qarşısında hərəkət edən mersedes markalı minik avtomobili ilə toqquşub. Daşıyıcının verdiyi məlumata görə hadisə nəticəsində avtobuslardakı sərnişinlər arasında xəsarət alan olmayıb. 

Qəza zamanı azı bir nəfərin ölümü və yaralıların olması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir. Kütləvi informasiya vasitələrinə müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl BNA-ın Mətbuat xidməti ilə dəqiqləşdirməyə çağırırıq.

23:06 - 6 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin