Kasıbları təhqir edən “ Gelendevagen”nin sürücüsü saxlanıldı

 Kasıbları təhqir edən “ Gelendevagen”nin sürücüsü saxlanıldı

 Sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin (başqasına məxsus) sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılmışdır. Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılmışdır. 

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılmış və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşiman olduğunu qeyd edərək üzrxahlıq edib.

19:56 - 11 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin