Şəhid Emiş Şamilovun ildönümüdür, mərhumun məzarı ziyarət edildi - FOTOLAR

 Şəhid Emiş Şamilovun ildönümüdür, mərhumun məzarı ziyarət edildi - FOTOLAR

Bu gün Emil Rafiq oğlu Şamilovun ildönümüdür. Asayis.Az xəbər verir ki, bu münasibətlə Şəhidin yaxınları və qohumları onun məzarını ziyərət edib, qəbri üzərinə gül dəstələri qoyublar. Zİyarətdə Vətən müharibəsi iştirakçıları və Şəhidin döyüşçü yoldaşı Zaur Hüseynov da iştirak edib. 

Emil Rafiq oğlu Şamilov 3 iyul 1996-cı ildə Bakı şəhəri Sabunçu rayonunun Ramana kəndində anadan olub. Ailənin biri qız olmaqla 3 övladı olub. Emil orta təhsilini Ramanada yerləşən 296 saylı orta məktəbdə tamamlayıb. 2016-cı ildə isə hərbi xidmətini başa vuraraq, ailəsinin yanına dönüb.

Kiçik yaşlarından idmana olan marağı Emilin sonrakı həyatına ciddi təsir edib. Türk dünyasının milli döyüş sənəti olan Alpaqut döyüş sənətinin sirlərini dərindən öyrənən Emil həm bu idman növündə, həm də karate idmanında ard-arda uğurlar əldə edib. 12 dəfə Azərbaycan çempionu, 1 dəfə Avropa və 1 dəfə dünya çempionu adını qazanıb. Bundan əlavə, Asiya və Zaqafqaziya çempionatlarının da qalibi olub. Onun atası Rafiq Şamilov 1-ci Qarabağ müharibəsi veteranıdır.

İdmanda peşəkarlıq səviyyəsinə çatan Emil "Alparslan" idman klubunu təsis edib. Bundan sonra həm də müəllim kimi idman dərsləri keçib, gənclərə bu idman növünün sirlərini öyrədib. 

Onun ən böyük arzularından biri, bəlkə də birincisi Şuşanı azad görmək idi. Bu arzu ilə də döyüşlərə qatılıb. Cəbhənin bir neçə istiqamətində misilsiz qəhrəmanlıqlar göstərib. Sonuncu döyüşü isə Hadrutun düşmənlərdən azad edilməsi uğrunda olub.

Ailəsiylə son dəfə oktyabrın 22-də danışan E.Şamilov oktyabrın 27-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə düşmənin açdığı snayper gülləsiylə şəhidlik zirvəsinə ucalıb. Şəhadətindən sonra "Cəbrayılın azad edilməsinə görə", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Şəhid Şamilov Emil Rafiq oğlu.Sabunçu rayonu,Ramana qəsəbəsi.Karete üzrə dünya, Avropa və 12 qat Azərbaycan çempionu olan Emil 2020 -ci ilin Sentyabrında başlayan Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılmış  və Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.  Bu gün şəhidin şəhadətə qovuşmasından 3 il ötür. Şəhidin döyüş yoldaşları , Vətən müharibəsi  qəhramanı Zaur Hüseynov da məzarını ziyarət etmişdir. Allah rəhmət eləsin.

14:36 - 27 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin