HƏMAS girovlar barədə açıqlama verdi

 HƏMAS girovlar barədə açıqlama verdi

HƏMAS atəşkəs əldə olunmayana qədər girovları azad etməyəcək.

Asayis.Az xəbər verir ki, bu barədə Moskvada səfərdə olan Fələstin hərəkatının üzvü Əbu Həmid "Kommersant" qəzetinə bildirib.

Onun sözlərinə görə, HƏMAS müharibənin ilk günlərindən girovları azad etmək niyyətini bəyan edib. Lakin oktyabrın 7-də Qəzza zolağına düşmüş hər kəsi tapmaq üçün vaxt lazımdır.

Həmid həmçinin qeyd edib ki, Həmas nümayəndə heyəti Moskvaya səfəri zamanı rusiyalı dostlarına 7 oktyabr hücumunun səbəblərini əks etdirən bir şəkil təqdim edib.

11:48 - 27 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin