“Gələcəkdə yeni marşrut xətləri də salına bilər” - Bu yollarda sıxlıq azalacaq

 “Gələcəkdə yeni marşrut xətləri də salına bilər” - Bu yollarda sıxlıq azalacaq

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün yeni yolun inşasına başlanılacaq.

Asayis.Az xəbər verir ki, Prezident İlham Əliyev "Böyükşor–Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə büdcədən 4,7 milyon manat ayrılıb. 

Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, büdcədən ayrılan vəsait şəhər infrastrukturunun yenilənməsinin başlıca predmetidir:



“Çox güman ki, çəkilən yol yeni yol olacaq. Özəlliyi digər yollar və qovşaqlarla kəsişməməsindədir. Təxminən 13-15 km uzunluğunda məsafəni özündə birləşdirəcək. 

Digər tərəfdən həmin ərazidə yaşayacaq sakinlərin gediş-gəlişi rahatlaşacaq, iaşə obyekləri, dükan-bazarların fəaliyyətində canlanma olacaq. 

Yeni avtomobil yolu Sabunçu-Zabrat yoluna alternativ olacaq, Digah-Binəqədi yolu ilə də paralellik təşkil edəcək. Həmin yollarda sıxlıq azalacaq, hərəkət daha təhlükəsiz olacaq. Gələcəkdə yeni yol istiqamətində marşrut xətlərinin salınması da mümkün ola bilər”.
Demokrat.az

16:00 - 26 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin