İran Azərbaycanla quru sərhədlərini açıb.
Məlumata görə, bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi məlumat verib.
O deyib ki, koronavirusun Omicron ştamına görə 15 gün öncə bağlanan sərhədlər yenidən açılıb və qonşu ölkələrin vətəndaşları İrana gediş-gəliş edə bilər.
Nazir qeyd edib ki, İrana səfər üçün qonşu ölkələrin vətəndaşları PCR testi verməlidir./apa