General Polad Həşimovun anası hərbçilərin etirazı haqda danışıb.
Səmayə Həşimova nazir Sahil Babayevin fəaliyyətini tənqid edib:
“Qazilər Nazirliyin qapısını vurub dağıdıblar, nazir Sahil Babayevin borcu idi ki, onların problemini dinləsin, yardım etsin. Sahil Babayev bu iki ildə bir qazinin evinə gedibmi?! Zəng vurub bir şəhid ailəsindən xəbər bilibmi? Bir dəfə düşünübmü ki, bu ananın övladı mənim yolumda şəhid olub, maraqlanım görüm harada, nə vəziyyətdə yaşayır?”
“Yeni Sabah” nəşrinə danışan Səmayə Həşimova deyib ki, necə olur ki, qazi gedib vuruşanda ağıllı idi, indi haqqını tələb edəndə dəli olur?
Bir vətəndaş kimi nazir Sahil Babayevin fəaliyyəti, işi haqda necə düşünürsüz? Onun nazir kimi fəalliyəti sizi qane edirmi?