Gəncə şəhərində iki azyaşlı küçəyə atılıb.
Asayis.Az xəbər verir ki, bacı-qardaş olan 4 aylıq qız və 3 yaşlı oğlan şəhərin mərkəzində tapılaraq Gəncə şəhər Uşaq Xəstəxanasına gətirilib.
Belə ki, uşaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında aşkar edilib, bununla bağlı aidiyyəti üzrə məlumat verilib.
Məlum olub ki, yaşlı qadın (körpələrin rəsmi qəyyumu) əvvəl 3 yaşlı oğlanı, daha sonra isə 4 aylıq qız nəvəsini İcra Hakimiyyəti binasının qarşısına qoyaraq gedib.
Xəstəxanaya yerləşdirilən körpələrin vəziyyətinin normal olduğu bildirilir.
İlkin məlumata görə, uşaqların valideynləri qeyri-sağlam həyat tərzi sürdüyündən onlar nənələrinin himayəsinə verilibmiş.